Kondi.az onlayn mağazasının təqdim etdiyi istənilən məhsul uyğun brendi
təmsil edir və məhsulun orijinallığına tam təminat verilir. Kondi.az onlayn
mağazası heç bir halda saxta və ikinci əl məhsulların satışını reallaşdırmır.
ZƏMANƏT ŞƏRTLƏRİ:
- Zəmanət talonu əməkdaşımız tərəfindən satış zamanı doldurulur və
zəmanət müddəti məhsulun satış tarixindən hesablanır.
- Xüsusi quraşdırma tələb edən məhsullar (kombi, kondisioner və
s.)
Servis əməkdaşları tərəfindən quraşdırılır. Quraşdırma
zamanı əlavə işlər görülərsə görülən əlavə işlərə
görə xidmət haqqı alına
bilər.
- Zəmanət xidmətindən istifadə etmək üçün satılmış məhsul alıcı
tərəfindən zəmanət talonu ilə birlikdə Servis Mərkəzinə təqdim
edilməlidir.
- Servis Mərkəzinin zəmanət talonunda yazılan məlumatların məhsulun
üzərində olan məlumatlarla
eyniliyini yoxlamaq səlahiyyəti vardır.
- Müayinə üçün qəbul
edilmiş məhsul Servis Mərkəzində 20 günə qədər
saxlanıla bilər.
ZƏMANƏTİN LƏĞV OLUNMASI ÜÇÜN ƏSASLAR:
- İstismar qaydalarına riayət edilməməsi nəticəsində nasazlıq
yarandıqda
- Mexaniki zədələr və təbii fəlakətlər nəticəsində nasazlıq
yarandıqda
- Elektrik cərəyanının qeyri-sabit olması nəticəsində nasazlıq
yarandıqda
- Nəmişliyin normadan yuxarı olması və məhsulun daxilinə kənar
cisimlərin
(həşərat, maye və s.)
keçməsi nəticəsində nasazlıq yarandıqda
- Periodik təmizləmələr və texniki qulluq qaydalarına riayət edilməməsi
nəticəsində nasazlıq yarandıqda
- Elektrik, su və ya qaz parametrlərinin normadan kənara çıxması
nəticəsində nasazlıq yarandıqda
- Zəmanət talonunda göstərilmiş məlumatlarla təqdim edilmiş məhsu lun eyniliyini
(marka, model, seriya) müəyyən etmək mümkün olmadıqda və ya bu məlumatlarda
sonradan dəyişiklik edildikdə
- Məhsula səlahiyyəti olmayan şəxs tərəfindən müdaxilə edildikdə.
(konstruksiyasında dəyişiklik edildikdə, kabel sisteminə calaq verildik də, üç
kontaktlı şəbəkə qoşulması olan məhsulların düzgün yer birləşməsi olmadıqda və
digər formada məhsula müdaxilə edildikdə)
- Xüsusi quraşdırma tələb edən məhsullar (kombi, kondisioner və s.) servis əməkdaşları tərəfindən
quraşdırılmadıqda.
MƏHSULUN GERİ QAYTARILMASI
ZAMANI AŞAĞIDAKILAR TƏLƏB OLUNUR:
- Məhsulun əmtəə görünüşü və qablaşdırmasına xələl yetirilməməli
- Mexaniki zədələr və təbii fəlakətlər nəticəsində nasazlıq
yarandıqda
- Hesab-Faktura və Zəmanət talonu məhsul və qablaşdırması ilə birgə qaytarılmalı,
hesab-faktura və zəmanət talonunda hər hansı bir müdaxilə
olmamalıdır.