TOPLANAN
MƏLUMATLAR
Qeydiyyat prosesi zamanı qeydiyyat formasında göstərilmiş tələb olunan digər məlumatlarla yanaşı tam adınız, telefon nömrəniz,
elektron poçt ünvanınız və faktiki ünvanınızı əldə edə bilərik. Eyni zamanda, İP ünvanınız,istifadə etdiyiniz əməliyyat sisteminiz
və brauzer məlumatlarınızı da toplayırıq.
TOPLANMIŞ
MƏLUMATLARIN İSTİFADƏSİ
Biz sizin
məlumatlarınızı aşağıdakı məqsədlərlə istifadə edə bilərik:
- Tələblərinizə cavab vermək məqsədilə xidmətlərimizi yaxşılaşdırmaq və
təkmilləşdirmək üçün müştərilərimiz və onların
tələbləri ilə daha yaxından
tanış olmaq.
- Sizi daha yaxşı müştəri dəstəyi ilə təmin etmək.
- Sizinlə ünsiyyət qurmaq. Hesabınızla əlaqədar problemlərin aşkarı və aradan
qaldırılması zamanı daşınma ilə bağlı sizi
məlumatlandırmaq və ya yeni
işlərimiz barədə məlumat əldə etməyinizə imkan yaratmaq
TƏHLÜKƏSİZLİK
Siz sifariş yerləşdirərkən və məxfi məlumatlarınızı (kredit və ya debit kartındakı məlumatlar) təqdim edərkən onların
təhlükəsizliyi və məxfiliyi bizim tərəfimizdən tamamilə təmin olunur. Nəzərinizə çatdırmaq istərdik ki, bütün şəxsi
məlumatlar Secure Socket Layer (SSL) texnologiyası vasitəsilə ötürülür. Sizin kredit/debit kart nömrələriniz və şəxsi
məlumatlarınız saxlanılmayacaq,
satılmayacaq və ya hər hansı üçüncü tərəflə paylaşılmayacaq.
COOKIES
Biz sizin şəxsi məlumatlarınızın toplanılması üçün cookies-dən istifadə etmirik. İstifadə edə biləcəyimiz yeganə cookies
izləmə sessiyasının İD-ləri və istifadəçi rejimidir.
ÜÇÜNCÜ
TƏRƏFLƏR
Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq və ya Ödəniş Sistemi Təminatçısı kimi üçüncü tərəf xidmət təminatçıları
və ya digər tranzaksiya prosessoru tərəfindən tələb
olunmadığı halda biz sizin şəxsi məlumatlarınızı üçüncü tərəflərə ötürmürük.